image-dbbackend

FETÖ-dən Babacan və Davutoğluna ŞOK TƏKLİF: Etiraf edin ki… – FOTO

image-reklam_sirab_01

FETO-çular Davudoğlu və Babacandan etiraf tələb edirlər.

Vətəninfo.az xəbər verir ki, Türkiyədə keçirilən 13-cü prezident və 28-ci parlament seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda, onun rəhbərlik etdiyi AK Partiyanın rəqiblərinə nisbətdə üstünlük qazanması bu qalibiyyəti həzm edə bilməyən bütün qüvvələri hərəkətə gətirib. Əsas diqqətin ikinci tura yönəldiyi belə bir məqamda FETO-çular da xüsusi aktivlik nümayiş etdirməyə başlayıblar.

“Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, ümid yolunu Kamal Kılıçdaroğlunun ətəyindən yapışmaqda görən FETO-çular “7-li Masa”nın üzvlərindən olan Əhməd Davudoğlu və Əli Babacana bir etiraf çağırışı ediblər.

Belə ki, hazırda Kanadada gizlənən FETO-çu Səid Səfa öz sosial media hesabından sözügedən şəxslərə müraciət edərək, səs qazana bilməməklərinin səbəbini soruşub. O, paylaşdığı tvitdə “AKP-yə səs verən, lakin indi qərarsız olan seçicilərdən səs almaq istəyirsinizsə, şəxsən şahidi olduğunuz bütün haqsızlıqları, qanunsuzluqları, rüşvətxorluqları, saxtakarlıqları açıqlamalısınız. Əks halda, səs qazana bilməyəcəksiniz” tip ifadələrə yer ayırıb.

Səfa, Babacan və Davudoğlunun AK Partiyanın əleyhinə danışmamasının hətta AKP-ni qorumaq görüntüsü yaratdığını, buna görə cavab verməli olduqlarını bildirib:

“Bunu etmədiyiniz zaman etibarlı ola bilməzsiniz. Onsuz da başqa partiyaların seçiciləri sizə səs verməyəcək, ancaq AK Partiya seçicilərindən səs ala bilərsiniz. Onlar da sizə baxanda partiyanı niyə tərk etdiyinizi anlamırlar”.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki