Fövqəladə Hallar Nazirliyinin (FHN) Kəlbəcər Yanğından Mühafizə Dəstəsinin manqa komandiri Əkbərov Nofəl Bəhman oğlu Fövqəladə Hallar Nazirliyi sitemindən qovulub. Bildirilir ki, Nöfəl Əkbərov vətəndaşlardan işə düzəltmək adı ilə külli miqdarda rüşvət aldığına görə tutduğu vəzifədən azad edilib.
Vətəninfo.az-a daxil olan məlumata görə, Nofəl Əkbərov çoxsaylı insanı işə düzəldəcəyi vədi ilə aldadıb.
Nofəl Əkbərovun çoxsaylı insanı aldatdığı ortaya çıxdıqdan sonra onun barəsində müvafiq tədbirlər görülərək işinə son qoyulub və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar istintaq orqanlarına göndərilib.
Bununla belə, redaksiyamıza daxil olan məlumatda daha bir maraqlı və narahatedici detal yer alıb. Bildirilir ki, Nofəl Əkbərovla əlbir olduğu iddia edilən həmin dəstənin rəisi Abdullayev Abdulla işdən çıxarılan tabeçiliyindəki şəxslə əlaqə saxlayaraq ona “narahat olmamasını” tövsiyə edib.
Rəis yaxın vaxtlarda Nofəl Əkbərovu əvvəlki vəzifəsinə yenidən bərpa etdirəcəyinə dair ona söz verib.
Baş verən bu qanunsuzluqlar və rəis tərəfindən dəstək göstərilməsi iddiaları ictimaiyyətdə və müvafiq qurumda ciddi suallar doğurur. Məsələ ilə bağlı araşdırmalar davam edir.


























