“Çelsi”nin baş məşqçisi Xabi Alonso sabiq komandası “Real Madrid”dən ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Vətəninfo.az xəbər verir ki, İspaniyalı mütəxəssis bildirib ki, məşqçilik karyerası ərzində çox çətinliklə üzləşməsə də, Madrid klubundan ayrılması onun üçün ağır olub.
“Xoşbəxtlikdən, karyeramdan çox yara izi qalmayıb. “Real Madrid”dən ayrılmaq mənim üçün bir yara buraxdı, amma o, getdikcə sağalır. Hazırda inanılmaz dərəcədə motivasiyalıyam və irəliləmək əzmindəyəm”, – deyə Alonso bildirib.
“Daily Mail” nəşrinin yaydığı məlumata görə, 44 yaşlı baş məşqçi məyusluqların inkişaf üçün vacib olduğunu da vurğulayıb.
“Məyusluqlar öyrənməyə kömək edir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Xabi Alonso 2026-cı ilin yanvarında “Çelsi”nin baş məşqçisi təyin olunub və London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, Alonso 2025-ci ilin mayından 2026-cı ilin yanvar ayınadək “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışıb.


























