Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Vətəninfo.az-ın əldə etdiyi məlumatda iddia edilir ki, bir müddət əvvəl Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən ticarət mərkəzində yoxlamalar aparılıb. İddialara görə, yoxlama prosesi zamanı vergi müfəttişlərinin sahibkarlardan rüşvət aldığı müəyyən edilib.
İddialara görə,həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qanunsuz əməllərdə şübhəli bilinən həmin vergi müfəttişləri rüşvət alarkən müvafiq dövlət qurumunun əməkdaşları tərəfindən cinayət başında yaxalanaraq həbs olunublar.
Vətəninfo.az


























