image-reklam-veteninfo
image-yraz-jpgbackend

Qərbi  Azərbaycan televiziyasının yaranmasından 3 il ötür 

image-reklam-veteninfo

Avqustun 1-də Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının üçüncü ildönümü tamam olur.

Üç il əvvəl ilk yayımını həyata keçirən televiziya ötən müddətdə Qərbi Azərbaycan həqiqətlərinin təbliği, deportasiya olunmuş azərbaycanlıların taleyinin işıqlandırılması, tarixi-mədəni irsin araşdırılması və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı layihələr reallaşdırıb.

Televiziyanın baş redaktoru Esmira Qasımova bu münasibətlə sosial şəbəkə hesabında paylaşım edərək fəaliyyətin ilk günlərini xatırladıb. O bildirib ki, cəmi bir həftə davam edən hazırlıq işlərindən sonra kanal ilk efirini təqdim edib və bu müddət ərzində Qərbi Azərbaycanla bağlı həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün ardıcıl iş aparılıb.

Baş redaktor paylaşımında qeyd edib ki, televiziya ətrafında formalaşan kollektivin əsas məqsədi milli yaddaşın qorunması və Qərbi Azərbaycana qayıdış ideyasının informasiya müstəvisində dəstəklənməsi olub.

“Çətinliklərə sinə gərərək fəaliyyətimizi böyük entuziazmla davam etdiririk. İndiyədək yolu bizim komandadan keçən hər kəsə isə təşəkkürümü bildirirəm. Bu işdə sizin əməyiniz danılmazdır, bu tarixi bərabər yazmışıq”, – deyə Esmira Qasımova vurğulayıb.

O, paylaşımının sonunda növbəti efirlərin Qərbi Azərbaycandan yayımlanacağı günə inamını ifadə edərək kollektivə “yola davam” mesajını çatdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki