image-reklam-veteninfo
image-dost-naxcivanbackend

Naxçıvanda ilk DOST Mərkəzi açılır

image-reklam-veteninfo

Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım atılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanda inşa edilən DOST Mərkəzinin açılışına hazırlaşır. Vətəninfo.az xəbər verir ki, bu məqsədlə nazirliyin müvafiq qurumunun əməkdaşları Naxçıvana ezam olunublar. Onlar mərkəzdə açılış öncəsi görülən son işlərlə yerində tanış olacaqlar.
Naxçıvan DOST Mərkəzinin rəsmi açılış mərasimi avqustun 3-də həyata keçiriləcək.
Yeni mərkəzin istifadəyə verilməsi sosial xidmətlərin “bir pəncərə” prinsipi ilə, şəffaf və operativ şəkildə vətəndaşlara təqdim olunmasına imkan yaradacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki