image-reklam-veteninfo
image-1backend

Türkiyəni ayağa qaldıran hadisə – ŞOK GÖRÜNTÜLƏR

image-reklam-veteninfo

Türkiyənin Mersin şəhərində marketdə 9 yaşlı uşağa qarşı zorakılıq edən şəxs barəsində məhkəmə həbs qətimkan tədbiri seçib. O, qəsdən adam öldürməyə cəhd ittihamı ilə istintaqa cəlb olunub.

Vətəninfo.az  xəbər verir ki, hadisə iyulun 31-də Mersinin Barış məhəlləsində yerləşən marketlərdən birində baş verib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, 1972-ci il təvəllüdlü Mehmet Erke marketdə olan uşaqları qovmağa başlayıb. Qaça bilməyən 9 yaşlı Mehmet Əli Dəmir isə onun hücumuna məruz qalıb.

İlkin araşdırmaya görə, şübhəli əvvəlcə uşağa yumruq vurub, daha sonra onu havaya qaldıraraq yerə çırpıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra geniş ictimai narazılıq doğurub.

Mersinin Akdeniz Rayon Polis İdarəsinin əməkdaşları hadisədən bir neçə saat sonra şübhəlinin yerini müəyyən edərək onu Barış məhəlləsində saxlayıblar.

Polisin açıqlamasında bildirilib ki, saxlanılan şəxsin davranışları ilə bağlı psixi vəziyyətinin qiymətləndirilməsi də aparılır və bununla bağlı müvafiq hüquqi prosedurlar davam etdirilir.

İstintaq zamanı ifadə verən Mehmet Erke uşağı öldürmək niyyətinin olmadığını iddia edib. O, “Uşağa cəmi bir-iki sillə vurmuşam. Videodakı şəxs mənəm. Uşaqların mənə güldüyünü düşündüyüm üçün belə davrandım. Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm və azadlığa buraxılmağımı xahiş edirəm”, – deyə bildirib.

Məhkəmə təqdim olunan materialları araşdırdıqdan sonra şübhəli barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə həbs qətimkan tədbiri seçib. Faktla bağlı araşdırma davam etdirilir.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki