Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Olqa Tkaçeva insan orqanizminin qocaldığını göstərən əsas əlamətlərdən danışıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Professorun sözlərinə görə, qocalma prosesinin əsas göstəriciləri orqan və sistemlərin fəaliyyətinin zəifləməsi, yerimə sürətinin azalması, eləcə də koqnitiv və sensor funksiyalarda yaranan pozuntulardır.
“Qocalmanın ən bariz əlamətləri müxtəlif orqan və sistemlərin fəaliyyətinin zəifləməsi, yerişin ləngiməsi, koqnitiv və sensor pozuntular, həmçinin eşitmə və görmə qabiliyyətinin pisləşməsidir”, – deyə Olqa Tkaçeva bildirib.


























