İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) sanksiyalardan yayınmaq və milyardlarla dollar vəsaiti köçürmək üçün geniş onlayn mərc şəbəkəsindən istifadə etdiyi üzə çıxıb.
Vətəninfo.az xəbər verir ki, Reuters-in araşdırmasına görə, Sepah uzun illər ərzində fars dilində fəaliyyət göstərən minlərlə mərc saytından və Dubayda yerləşən kriptovalyuta birjasından pul köçürmələri üçün istifadə edib.
Araşdırmaya əsasən, bu sistem vasitəsilə köçürülən vəsaitin ümumi həcmi təxminən 4 milyard dollar qiymətləndirilir. Şəbəkədən maliyyə vəsaitlərinin köçürülməsi və sanksiyalardan yayınmaq üçün istifadə olunduğu bildirilir.
Reuters-in araşdırmasında onlayn mühitdə tanınan bir sıra şəxslərin də adları çəkilir. Onlardan biri İranın Venesueladakı keçmiş səfirinin oğlu Saşa Sobhani, digəri isə iranlı bloqer Puyan Moxtaridir.
Saşa Sobhani sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınıb. Puyan Moxtarinin adı isə onlayn mərc saytlarının təşviqi ilə bağlı yayımlanan materiallarda hallanıb.Musavat.com


























