“Financial Times” qəzetinin məlumatına görə, ABŞ gərginliyi azaltmaq və İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyan genişmiqyaslı, lakin yazılı olmayan danışıqların bir hissəsində Rusiyaya pilotsuz uçuş aparatlarının satışını dayandırması üçün İrana təzyiq edib.
Qəzet bir İran rəsmisinə və danışıqlarda iştirak edən başqa birinə istinad edərək bildirib ki, ABŞ İrandan Ukrayna ilə müharibdə istifadə olunan PUA-ların Rusiyaya göndərilməsini dayandırmağı tələb edib.


























