image-ggg-1625759198backend

Fransa müharibə dövründə Bakını bombalamaq istəyirmiş… – ŞOK FOTOLAR

image-reklam_sirab_01

1939-1940-cı illərdə Böyük Britaniya və Fransa SSRİ-yə qarşı birgə zərbə çərçivəsində Bakı neft yataqlarının da məhv edilməsinə hazırlaşıblar. 

Veteninfo.az  xəbər verir ki, Rusiyanın “İzvestiya” nəşrinin yazdığına görə, bunu Moskvada təşkil olunmuş “Böyük Vətən müharibəsi ərəfəsində. 1 sentyabr 1939 – 22 iyun 1941” adlı sərgisində ilk dəfə təqdim edilən sənədlər təsdiqləyir.

1939-cu ilin avqustunda qarşılıqlı təcavüz etməmə haqqında Sovet-Alman müqaviləsinin imzalanmasından sonra İngiltərə və Fransa SSRİ-dən neft tədarükü səbəbiylə Üçüncü Reyxin güclənməsindən qorxaraq Sovet İttifaqına qarşı hərbi əməliyyatlar planlayıblar.

Paris və London minlərlə əsgəri Yaxın Şərqdə cəmləşdiririb.  Fransa isə Sovet Zaqafqaziyasında təxribat üçün rusiyalı mühacirlər  arasındakı tanınmış Qafqaz dağlılarından istifadə etmək niyyətində olub. İki Avropa dövləti Bakıdakı neft mədənlərini və SSRİ-nin Qara dənizdəki limanlarını – Batumi və Tuapseni bombalamaq istəyib.

Belə məlumatlar SSRİ xarici kəşfiyyatının Paris rezidenturası tərəfindən əldə edilib. Beləliklə, 1939-cu ilin noyabrında Sovet İttifaqı Xalq Daxili İşlər Komissarı Lavrenti Beriya Müdafiə Xalq Komissarı Kliment Voroşilova Şərqə gizli şəkildə ingilis-fransız qoşunlarının göndərilməsi barədə məlumat verib. Fransız xüsusi xidmət orqanları bölgənin topoqrafiyası, yolların vəziyyəti və Gürcüstan, Ermənistan və Azərbaycanda təbii relyef barədə məlumatlar toplayıblar”- Beriya 1939-cu il dekabrın ortalarında Voroşilova verdiyi digər bir hesabatda qeyd edib.

SSRİ-nin neft istehsal edən regionlarına qarşı təklif edilən əməliyyata “Pike” adı verilib. 1940-cı ilin martında İngiltərə-Fransa Ali Hərbi Şurası Zaqafqaziyaya bir zərbə planlaşdırmağı qərarı alıb. Lakin bir ay sonra Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen SSRİ-nin Almaniyaya qarşı siyasi kursunu dəyişdirməsi səbəbindən əməliyyatın ləğv edildiyini bildirib/Moderator.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki