“Fransa cəngəllik qanunları ilə idarə edilir. AZTV əməkdaşlarına edilən hücum onu göstərir ki, bu planlaşdırılmış bir təxribatdır” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasına müsahibəsində “Yeni Cag” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib.
Aqil Ələsgər bildirib ki, bu Fransa dövlətinin apardığı siyasətin göstəricisidir.
“Fransada baş verənlər Makron hökumətinin siyasətinin üzüdür. Media nümayəndələrinə edilən hücum qınanılmalıdır. Biz bu məsələni diqqətdə saxlamalıyıq”- deyə Aqil Ələsgər bildirib.