Azərbaycan Respublikasının
Birinci vitse prezidenti
Mehriban xanım Əliyevaya
Rzayev Fuad Furudun oğlu
tərəfindən
Təşəkkür məktubu
Çox hörmətli Mehriban xanım, milli bayramınız-Novruz bayramı münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm.
Mən Rusuya Federasiyasında yaşayan bir azərbaycanlı olaraq, kütləvi informasiya vasitələrindən və bir çox mənbələrindən Rusiya ilə Azərbaycan arasında həm humanitar, həm siyasi əməkdaşlıqda, həm də millətlərarası məsələdə balansın qorunması sahəsində Sizin gərgin fəaliyyətinizi eşidirəm və görürəm.Elə bu görülən işlərin və münasibətlərin vermiş olduğu töhfədir ki, Sizi Rusiya Federasiyasının Prezidenti, Dostluq ordeni ilə təltif etmişdir.
Hazırda Abdullayev Elşad İslam oğlu Prezident İlham əliyevin ailəsini bütün sosial şəbəkələrdə ictimai formada şərəf və ləyaqətini təhqir etmək üçün bir sıra blogerləri (jurnalistləri) Azərbaycandan kənara maliyyələşdirməkdə davam edir.
Mən bu məsələ ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişəm. Təəssüf ki, indiyə qədər cavab almamışam.
Azərbaycan DİN-in Baş Cinayət-Axtarış İdarəsi Arzu Daşdəmirova verilən cavabdan sitat gətirirəm: 23.01.2020-ci il İnterpolun Baş Katibliyinin qərarı ilə təşkilatın 2-ci (1-ci maddələr), 3-cü Nizamnaməsi əsasında Abdullayev Elşad beynəlxalq axtarışına xitam verilmişdir.


























