image-fuzuli-beynelxalq-hava-limanibackend

Füzuli Beynəlxalq Hava Limanı İranı narahat etməyə başlayıb-SƏBƏBLƏR

image-reklam_sirab_01

44 günlük 2-ci Qarabağ Vətən müharibəsi ilə 30 ildi Ermənistanın işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, regionda istər siyasi,istərsə də iqtisadi balansı yenidən formalaşdırmağa başlayıb.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “İşğaldan azad edilən bütün bölgələrimiz tez bir zamanda özünün iqtisadi-siyasi və mədəni rifahına qovuşacaq”-deməsi və bu istiqamətdə addımlar atması göstərdi ki,əsas amil istəkdir.Bu istək olduqda tez bir zamanda,daha çox uğura imza atmaq olar.

Bu mənada Füzuli Hava Limanın inşası,həm tez bir zamanda işə düşəcək Zəngəzur dəhlizinin beynəlxalq tranzit daşımaları istiqamətində rolunu artıracaq,eyni zamanda bölgənin iqtisadi inkişafına yeni stimul qatmış olacaqdır.

image-f70002ca-c6f2-495b-9d76-65e9dd83e763

Amma maraqlısı bundadır ki,30 Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla iqtisadi-siyasi və digər sahələrdə əməkdaşlıq edən “müsəlman”ölkəsi İran islam Respublikası bu gəlişmələrdən elə də razı görünmür.

Bunun bir çox səbəbi var və rəsmi Tehran yanıbaşında güclü iqtisadi-siyasi,əsasən də hərbi gücə malik Azərbaycan dövlətinin olmasın bir o qədər həzm edə bilmir.

İqtisadi ekspertlər hesab edirlər ki,Azərbaycanın İranla sərhəd rayonların iqtisadi inkişafı istiqamətində mühüm layihələr həyata keçirməsi, təkcə bu ərazilərin inkişafına deyil,eyni zamanda qonuşu İranın sərhəddəki şəhər və qəsəbələrinin də inkişafına təkan vermiş olacaq.

Ekspertlərə görə, Azərbaycanın Füzuli rayonunda beynəlxalq standartlar uyğun hava limanı inşaa etməsi,həm sərnişindaşımada,eyni zamanda da yükdaşıma istiqamətində,karqo xidmətlər həyata  keçirmiş olacaq.

“Əlbət də iranın Azərbaycanla həmsərhəd şəhər və qəsəblərinin iş adamları,ticarətçilər eyni zamanda İran vətəndaşları,onlara iki,üç qat baha başa gələn Təbriz və Tehran hava limanlarından istifadə etməkdənsə,sərəhddi keçərək bir neçə dəqiqəlik məsafədəki Füzuli hava limanından istifadə edərək,səfrəli xidmətlər əldə etmiş olacaqlar.Bu da İranı ciddi narahat edən amillərdəndir”.

image-fuzuli-hava-limani-696x470

Ekspertlərə görə, Füzuli Beynəlxalq HL-nın istər karqo yüklərin daşınmasında,eyni zamanda  sərnişinlərin daşınmasında sərfəli qiymətlər tədbiq edərsə,hətta Ermənistanın Azərbaycanla həmsərhəd olan rayonlarının əhalisi də gələcəkdə bu imkanlardan yararlana bilərlər.Ekspertlərə görə, həm Xocalı,eyni zamanda Xankəndi hava limanlarının işə düşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasından asılıdır və rəsmi İrəvan Rusiyanın forpostu olmadığını,hansınsa qüvvələrin oyuncağı olan bir ölkə olmadığını, yalnız və yalnız bu sülh müqaviləsin imzalaması ilə göstərmiş olacaq.

“Əgər bu müqavilə bağlanarsa, Azərbaycan bayrağı altında  Xocalı və Xənkəndi hava limanlarının fəaliyyət göstərməsi mümkün ola bilər”.

 

Vətəninfo.az

İqtisadiyyat şöbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki