image-indirbackend

Gənclər və İdman nazirliyi ləğv olunur-ÖZƏL

image-reklam_sirab_01

Veteninfo.az hökumətə yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, yaxın günlərdə Gənclər və İdman nazirliyi ləğv ediləcək.

Məlumata görə, nazirlik ləğv edilsə də onun səlahiyyətləri,texniki invertarları yeni yaradılacaq qurumun balansına daxil ediləcək. Məlumata görə GİN-nin ləğvindən sonra,onun gənclərlə bağlı səlahiyyətləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə verilməklə yanaşı,eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsasnaməsində dəyişikliklər edilərək  “mərkəz” sözü “agentlik” sözü illə əvəzlənəcək.

Məlumata görə, nazirliyin ləğvindən sonra idmanla bağlı bölmə isə Azərbaycan Olimpia Komitəsinə daxil ediləcək.  Məlumatda o da qeyd edilir ki, yerlərdə Gənclər Mərkəzi olduğundan GİN-nin yerlədəki Gənclər və idman idarələri nazirliyin ləğvindən sonra yerli olimpia mərkəzlərinin balansına veriləcək.

 

Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimovun dünyasın dəyişməsindən sonra, nazir postuna bir sıra şəxslərin adları hallandırılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki