image-369221_res_00backend

General Qriqori Xaçaturov vəzifədən çıxarıldı, ordudan xaric edildi

image-reklam_sirab_01

Ermənistan ordusunun Azərbaycanın Qazax-Tovuz-Gədəbəy rayonları ilə həmsərhəd ərazilərə cavabdeh olan 3-cü ordu korpusunun komandanı, general Qriqori Xaçaturov vəzifəsindən azad edilib. “Ermənistan” blokunun (Robert Köçəryan rəhbərlik edir) üzvü Artur Kazinyan özünün Facebook səhifəsində yazır ki, general Xaçaturov həm də ordudan tərxis olunub.

“Onu Azərbaycanın təsir agentinin (Nikol Paşinyan nəzərdə tutulur,-red.) istefasını tələb etdiyinə, Tavuş vilayətində ərazilərin düşmənə verilməsi barədə əmri yerinə yetirmədiyinə görə cəzalandırırlar. Siz hələ də Tavuş vilayətinin yollarında “Azərbaycana xoş gəlmisiniz” lövhəsi və Azərbaycan əsgərlərini görmürsünüzsə bu istedadlı hərbçiyə, əsl erməniyə borclusunuz. Nə demək olar, öz seçiminizdən və Azərbaycan poladından (Paşinyanın “polad mandatına” eyhamla) həzz alın”,-Kazinyan yazıb.

 

Xatırladaq ki, bu ilin əvvəllərində general Xaçaturov Baş qərargah rəisi Onik Qasparyanla birlikdə Paşinyanın istefa verməli olduğu haqda bəyanata imza atanlardan biri idi.

General Qriqori Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, KTMT-nin keçmiş Baş katibi İqor Xaçaturovun oğludur. Paşinyan hakimiyyətə gələndən sonra İ.Xaçaturovu təqib edib və onun barəsində cinayət işinin qaldırılmasını tapşırıb, habelə vaxtından əvvəl KTMT Baş katibi vəzifəsindən geri çağırıb.

General Qriqori Xaçaturov isə  2020-ci ilin iyul ayında Azərbaycan ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə qəfil və xain hücuma rəhbərlik edib. Həmin döyüşlərdə Azərbaycan ordusunun 3-cü ordu korpusunun qərargah rəisi, general Polad Həşimov da daxil olmaqla 17-yə yaxın əsgər və zabitimiz şəhid olmuşdu. Düşmənin Tovuza hücumu baş tutmamışdı və Azərbaycan ordusu güclü əks zərbələrlə Xaçaturovun korpusunu ciddi itkilərə məruz qoyaraq onu əvvəlki mövqelərinə çəkilməyə məcbur etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki