image-b80eb4e0160224789471049065410772697backend

Gizli səs yazısına icazə varmı? – Qanun nə deyir?

image-reklam_sirab_01

“Gizli səs yazısının aparılması, yayılması qanunsuzdur və yolverilməzdir”.

Gizli video və səs yazılarının qanunla tənzimlənməsi ilə bağlı Veteninfo.az-a açıqlama verən vəkil Kamran Tağıyev bildirib ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:

“Eyni zamanda yazışma və/s kimi məlumatların da qorunmasına dövlət təminat verir. Yəni, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Vəkilin sözlərinə görə, bu əməli törədən şəxs yalnız qanunla müəyyən edilmiş hallarda bu addımı ata bilər:

“Əməliyyat çərçivəsində polis orqanının və ya digər əməliyyat aparan orqanın razılığı və ya göstərişi ilə həyata keçirilə bilər. Ancaq əməliyyat məqsədləri ilə istifadə edilə bilər. Hətta bu halda həmin şəxs bu səs yazısı ilə tanış edilməli və izahatı alınmalıdır.

Araşdırıldıqdan sonra onunla bağlı hüquqi qiymət verilə bilər. Əks halda, o danışıqların heç biri sübut kimi qəbul edilmir. Yalnız özü qəbul edərsə və ya təsdiq edilərsə, bu, qəbul olunur. Lakin özü təkzib etdiyi və sübuta yetirilmədiyi halda bütün sübutlar yararsız hesab edilir.

Qanunsuz səs yazan və yayan şəxs ən azından intizam məsuliyyəti daşıyır, amma qanun vericilikdə bir başa cəza nəzərdə tutulmur.

Yalan xəbərçilik etməklə bağlı kiminsə adından bir məlumat yayılarsa, həmin şəxslə bağlı cinayət işi açıla bilər.

Şər, böhtan olarsa cinayət məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni, həmin şəxsə qarşı xüsusi ittiham qaydası ilə məsələ də qaldırıla bilər” – deyə, K.Tağıyev vurğulayıb.

Rufina Ali

Kamran Tağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki