“Fələstinə Dəstək Platforması”na daxil olan qeyri-hökumət təşkilatları İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüş keçiriblər.
Vətəninfo.az xəbər verir ki, iştirakçılar əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.
Aksiyada böyük izdiham müşahidə olunub. Fələstinə Dəstək Platformasına daxil olan 15 qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən yürüşdə minlərlə insan əvvəlcə Bəyazid Məscidində axşam namazını qılıb, daha sonra əllərində Türkiyə və Fələstin bayraqları ilə yürüşə başlayıb.
İsrail, 2023-cü ilin oktyabr ayından bəri Qəzzada 61,000-dən çox insanı öldürməsi ilə bağlı artan qəzəblə üzləşir.
Təşkilatçılar beynəlxalq birliyi əziyyətlərə son qoymaq üçün təcili tədbirlər görməyə çağırdılar.
Təşkilatçılar beynəlxalq birliyi əziyyətlərə son qoymaq üçün təcili tədbirlər görməyə çağırdılar.
Hərbi əməliyyat bölgəni məhv edib və aclıqdan ölüm hallarına səbəb olub.
Keçən ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs qərarı verib.
İsrail həmçinin, bölgəyə qarşı müharibəsinə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.