image-60cdcc254e3fe1190c5f8756backend

“Habertürk” yazarı: “Bu seçkinin nəticələri Zəngəzur dəhlizinin də taleyini həll edəcək…”

image-reklam_sirab_01

Bu gün Ermənistanda keçirilən parlament seçkilərini Türkiyədə də yaxından izləyirlər. Ermənistan seçkilərinə belə diqqətin səbəbi isə əlbətdə ki, regionda nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən Türkiyə ilə Azərbaycanı birləşdirəcək quru dəhlizinin fəaliyyətə başlaması barədə aparılan danışıqların sonrakı aqibəti ilə bağlıdır. Türkiyədə hesab edirlər ki, əgər seçkiləri Robert Köçəryan və “Qarabağ klanı”nın digər nümayəndələri udsa, o zaman “Zəngəzur dəhlizi”nin aqibəti də sual altına düşə bilər.

“Ankara Ermənistanda bu gün keçirilən növbədənkənar seçkiləri yaxından izləyir. Bu seçkilərdən çıxacaq nəticə Azərbaycan-Türkiyə dəhlizinin aqibətini də müəyyən edəcək. 22 partiya və 4 blokun qatıldığı seçkilərdə əsas rəqabətin baş nazir Nikol Paşinyan və keçmiş president Robert Köçəryan arasında getməsi gözlənilir”,-Türkiyədən “Habertürk” yazarı Çetiner Çetin yazır.

Mmüəllif qeyd edir ki, Paşinyan ötən ilin payızında kapitulyasiyaya imza atdıqdan sonra çox çətin durumdadır. O, üzləşdiyi böhrandan çıxa bilmək üçün növbədənkənar seçkilər təyin edib, amma hazırda Paşinyan üçün cəmiyyətdə ciddi etimad problem var. “Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanata imza atandan sonra ona “xain, satqın” damğası vurulub, amma bir çox gənclər Paşinyanı hələ də Ermənistanı Qərbə apara biləcək lider kimi görür”,-türkiyəli yazar qeyd edir.

Məqalədə qeyd edilir ki, ATƏT müşahidəçiləri seçkilərin böyük ölçüdə azad və ədalətli keçəcəyini gözləyir. Lakin Köçəryanın adamlarının səsvermənin nəticələrini bəzi yerlərdə dəyişdirə bilmək üçün seçki fırıldaqlarına əl ata bilər.

Müəllif Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edərək prezident Rəcəb Tayyib Ərdoğanın ötən həftə Azərbaycan parlamentindəki çıxışından sitat gətirir. Ərdoğan demişdi ki, Ermənistanın Sünik bölgəsindən Naxçıvana gedən dəmir yolunun açılması Ermənistan vətəndaşlarına Moskvaya və dünyanın qalan yerlərinə rahat səyahət imkanı verəcək, beləliklə də, Ermənistan öz-özünə tətbiq etdiyi blokadadan çıxa biləcək.

Paşinyan isə bunun ardınca Qafandakı çıxışında regionda nəqliyyat kommunikasiyalarının açılmasına tərəfdar olduqlarını deyib. Amma bildirib ki, söhbət heç bir halda suveren dəhlizdən gedə bilməz. Çünki 10 noyabr razılaşmasında “dəhliz” və “Zəngəzur” sözləri yer almır.

“Bununla da Paşinyan Bakıdan Naxçıvana yol açılmasının Ermənistanın Sünik bölgəsi üzərində nəzarətini itirməsi ilə nəticələnəcəyindən narahat olan seçiciləri sakitləşdirməyə çalışıb”,-müəllif yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki