image-1af73f58-1724-428c-b348-dddc76811847backend

Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılış mərasimi

image-reklam_sirab_01

Bu müqəddəs torpaq necə də dahi şəxsiyyətlərin, igidlərin, sənətkarların, şairlərin, xeyriyyəçilərin, bəstəkarların saymaqla bitməyəcək insanların məkanıdır. Bu insanlar tarix boyunca ölkəsinə , xalqına, cəmiyyətinə xidmət göstərməkdən yorulmamış və həmişə xalqının mənafeyini öz mənafeyindən üstün tutmuşlar. 

Xeyriyyəçilik nədir? Ümumiyyətlə xeyriyyəçilik deyəndə ilk ağlımıza kim və nə gəlir ? Sualın cavabı çox sadədir. Ağlımıza ilk olaraq hər kəsin sevimlisi, dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gəlir. Onun gördüyü xeyriyyəçilik işlərini saymaqla bitməz. Bu dahi şəxsiyyət daima xalqının yanında olmuş , öz xalqının maariflənməsi, ölkəsinin inkişafı üçün əlindən gələni əsirgəməmişdir.O, yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. 

Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi- Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsindəyaxından iştirak etmişdir. 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirmiş və üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu.1901-ci ildə o, ingilis mühəndisi V. Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırımış və 1917-ci ildə Bakıya içməli su gətirən kəmər istifadəyə verilmişdi.Maarifin yayılması kimi vacib bir problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş və əhəmiyyətli yer tuturdu.Onun gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, imperatriçə Aleksandra Fyodorovna adına rus- müsəlman qız məktəbinin açılması oldu. Bu məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi kimi fəaliyyətə başladı.H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər – Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.

 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalanmışdır. Bu sərəncama əsasən 18 yanvar 2022-ci il tarixində Bakı şəhərində bu dahi şəxsiyyətin abidəsi ucaldıldı. Açılış zamanı Prezident İlham Əliyev öz möhtərəm çıxışı ilə Hacı Zeynalabdin Tağıyevin fəaliyyətləri haqqında söz açıb,onun xalqının yaddaşından silinməyən bir xeyriyyəçi olduğunu qeyd edib.

Dahi şəxsiyyətlər heç vaxt unudulmur və unudulmayacaq!

Mamedova Fəridə

Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki