image-rasimbackend

“Hacıbala Abutalıbov məhkəmədə dindirilməlidir…”

image-reklam_sirab_01

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Veteninfo.az-ın xəbərinə görə, prosesdə R.Quliyevin vəkili Ədalət Mövlayev məhkəməyə yazılı şəkildə vəsatətlər təqdim edib. O, çıxış edərək müdafiə etdyi şəxsin səhhətində problem olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin müalicə müəssisində saxlandığını bildirib. Vəkil, R.Quliyevin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

R.Quliyevin digər vəkili Rəsul Yusifbəyli vəsatətə münasubət bildirib. O, R.Quliyevin həbsdə saxlanmasına əsas qalmadığını, şahidlərə təsir etmək imkanı olmadığını deyib:” Həmin sərəncamın baiskarı Hacıbala Abutalıbovdur. Onu ittiham tərəf dindirməli idi. Amma dindirməyib. Məhkəmədə də dindirilmədi. Bu işin ana xətti Hacıbala Abutalıbovun dindirilməsi idi. Mütləq məhkəməyə gəlsin və dindirilsin”.

R.Quliyevin digər vəkili Fuad Quliyev də Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı H.Abutalubovun  və Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməyə çağırılaraq şahid qismində dindirilməsini istəyi ilə bağlı vəsatət verib: “İş üzrə hər iki şəxslə bağlı epizodlar var. Ona görə də onların məhkəmədə dindirilməsi zəruridir”.

R.Quliyev qısa çıxış edərək məhkəməyə təqdim olunan vəsatətlərin təmin edilməsini istəyib.

 

Dövlət ittihamçısı Eldar Həmzəyev R. Mehdiyevin dindirilməsinə zərurət olmadığını bu hissədə vəsətatin təmin edilməməsini, vəsatətin H. Abutalıbovun  dəvət olunması ilə bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Məhkəmə vəsatətləri təmin etməyib. Hakim məhkəmə istintaqının yekunlaşdığını deyib. Növbəti məhkəmədə dövlət ittihamçısı çıxış edəcək.

Məhkəmə prosesi dekabrın 9-da davam edəcək.

Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki