image-hacikbackend

HAÇIBALA ABUTALIBOVDAN məhkəməyə hörmətsizlik-ÇAĞRILSADA GƏLMƏDİ

image-reklam_sirab_01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin  sabiq Aparat rəhbəri, eyni zamanda Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə iclası hakim Faiq Qəniyevin sədrliyi ilə davam etdirilib.

Qeyd edim ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü  maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə istintaqı bitdiyindən hazırda məhkəmə prosesləri yekunlaşmaq üzrədir. Bugünki məhkəmə prosesində dövlət ittihamçısı çıxışında Rasim Quliyevin imzaladığı 31 may 2018-ci il tarixli, 346 nömrəli sərəncamın və bu sərəncamdan sonra baş vermiş proseslərin qanunsuz olduğunu məhkəmə istintaqı dövründə sübuta yetirildiyini qeyd edərək, şahidlərin və zərərçəkmişlərin məhkəmə istintaqı zamanında verdiyi ifadələrin məhkəmə proseslərində də uzlaşdığını bildirərək, məhkəmədən Rasim Quliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Veteninfo.az xəbər verir ki bunu Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırov vurğulayıb.O bildirib ki,halbuki dövlət ittihamçısının ittiham aktında qeyd etdiyi məsələlər bundan öncəki məhkəmə prosesləri zamanı öz əksini tapmamışdır:

“Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 01.08.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yaşayış evlərinin sökülərək və yeni ofis və yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Həmin sərəncam əsasında inşaat pasportu hazırlanmış, eskiz, işçi layihələri, o cümlədən şəhərsalma əsaslandırılması razılaşdırılaraq təsdiq edilmiş və tikinti işlərinin aparılması ilə bağlı xüsusi nişan verilmişdir. Məhkəmə iclaslarında ifadə verən şahidlər, o cümlədən “FF-2011″ MTK-nın rəhbəri Tamella İbrahimova da ifadələri ilə təsdiq etmişlər ki, Rasim Quliyevin imzaladığı sərəncama qədər artıq qeyd olunan ünvanda bütün bu proseslər yəni söküntü-tikinti işləri baş vermiş, ərazidə yaşayan sakinlərin bir qismi əmlakının dəyəri ödənilməklə köçürülmüş, hətta tikinti işlərinə başlanılmış və söküntü zamanı Dilarə Əliyeva 141 ünvanının divarı uçmuşdur (məhkəmə prosesi zamanı müqavilələri, BŞİH-nin məktubları, həmçinin binanın qəzalı vəziyyətdə olmasını təsdiq edən aktların surətləri məhkəməyə təqdim edilmişdir”.Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırovun sözlərinə görə,bu deyilən faktların 2018-ci ildən sonrakı dövrdə yəni, Rasim Quliyevin imzaladığı sərəncamdan sonra baş verdiyini sübut edən sənədləri, həmçinin dəymiş zərərin nə qədər olduğunu məhkəmə prosesi zamanı hakim Faiq Qəniyev dəfələrlə zərərçəkmişlərə yəni Bakı Şəhər İcra Hakimiyyətinin və Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrindən istəməsinə baxmayaraq, onlar heç bir sənəd təqdim edə bilməmişlər və hətta daha sonrakı məhkəmə iclaslarında iştirak etməmişlər: “Dövlət ittihamçısı bugün davam edən məhkəmə prosesində ittihamı oxuyarkən hər hansı fiziki və ya hüquqi şəxslərə dəymiş zərərin olmadığını bildirmiş, yalnız məhkəmə ekspertizasına çəkilmiş xərcin 100 AZN olduğunu və təqsirləndirilən şəxsdən tutulmasını məhkəmədən istəmişdir. Belə olan halda Rasim Quliyevin Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddəli ilə ittiham olunması əsassızdır və bu maddələrin məhz Rasim Quliyevə nə üçün elan olduğu bilinmir. Nəticə olaraq görünən odur ki,  ağır nəticələrə səbəbolma kimi faktlar öz əksini  tapmamışdır. Hətta öncəki məhkəmə iclaslarında elan olunan sənədlərdən və sərəncamlardan (Ali Məhkəmənin kollegiyasının qərarı) da bəlli oldu ki, Rasim Quliyevə vəzifə səlahiyyətlərinin ötürülməsi də Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən düzgün aparılmadığından onun imzaladığı sərəncamın da bir əhəmiyyəti olmamışdır.Mən hesab edirəm ki, məhkəmə kollegiyası növbəti prosesdə bütün bu halları, həmçinin vəkillərin də əsaslı, arqumentli və sübutlara söykənən çıxışlarına əhəmiyyət verərək, ədalətli qərar verəcəkdir”.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki