image-qacqinbackend

Hadrutdan və Xocalıdan qaçan ermənilər aksiya keçirir

image-reklam_sirab_01

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, Azərbaycanın 44 günlük ikinci Qarabağ Vətən müharibəsi ilə öz torpaqlarını azad etməsindən sonra,Hadrut və Xocalının kəndlərinə zorla yerləşdirilən ermənilər,bu kəndlərdən qaçaraq İrəvan şəhərinə sığınıblar.

Məlumata görə. Gündəlik adi sosial və məişət qaydaları olmayan yerlərdə məskunlaşdırılan bu şəxslər,sonunda biraraya gələrək Ermənistan hökumət binası qarşısında aksiya keçirməyə başlayıblar.Məluamta görə, Paşinyan hökuməti  Hadrut və Xocalının kəndlərindən  olan yalnız 950 ailəyə mənzil almaq üçün güzəştli ipoteka verməklə bağlı qərar qəbul edib. Yerdən qalan digər ailələr öz başlarının çarəsinə qalmaları məsləhət olunub.

Hadrutdan olan Karine bildirib ki,44 günlük müharibə zamanı Azərbaycan ordusu tərəfindən Hadrut və Xocalının kəndləri azad edilən zaman oraları tərk ediblər.O bildirib ki, 30 il öncə onları hər şeyin gözəl olacağı vədi ilə aldadaraq Xocalıya və Hadruta aparıblar. 30 il sonra isə müharibənin başlaması ilə indi evsiz-eşiksizdirlər.Nə Ermənistan hökuməti,nə də Xankəndindəki Arayik onlara sahib çıxmır.

Məlumata görə, hökumət binası qarşısına toplaşanlar hakimiyyət tərəfindən onlara sahib çıxlmayana qədər çadır qurub-elə hökumət binası qarşısında oturacaqlar.

image-ramin

Azərbaycan Milli Məclisinin üzvü Ramin Məmmədov müxbirimizə bildirib ki,30 il işğalçı Ermənistan tərəfindən işğal olunan  torpaqlarından didərgün düşən bir milyona yaxın insanına  Ermənistandan fərqli olaraq Azərbaycan sahib çıxıb: “Təkcə yurdundan-yuvasından müharibə zamanı çıxan insanlara deyil,eyni zamanda Qərbi Azərbaycandan öz ata-baba yurdlarından qovulan yüz minlərlə insana qucaq açıb. 30 il boyunca bütün qaçqın və məcburi köçkün vətəndaşlarımızın məişət problemləri,onların işlə təminatı istiqamətində Azərbaycan dövləti onlarla mühüm proqramlar həyata keçirdi.Bir milyondan artıq insanın ümumi problemlərinin həllinə dövlətimiz milyonlarla dollar sərf etdi.Amma heç bir zaman onları naümid buraxmadı”. Millət vəkili bildirib ki, 2003-cü ildən bu yana Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində bu katiqoriyadan olan vətəndaşlarmızın mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb: “Həm Ağdamda,eyni zamanda Füzulidə, Ağcəbədidə,Xocavənddə,Yevlaxda,Gəncədə və respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən məcburi köçkünlər üçün çoxmərtəbəli binalar inşa edildi,bu binalarda məcburi köçkün ailələri yerləşdirildi”. Ramin Məmmədov vurğulayıb ki,Ermənistan isə vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarına gətirib yerləşdirdiyi,44 günlük müharibədən sonra bu ailələrin qaçıb yenidən İrəvana toplaşmaları qarşısında acizdir: “Ermənistanın siyasi rəhbərləri bu vəziyyəti düşünə bilmədilər.Bilmədilər ki,torpağın əsil sahibi bir gün gələcək.44 günlük  müharibədən sonra,Azərbaycan öz torpaqlarına qayıtdı.Bu gün o torpaqlarda abadlıq və quruculuq işləri gedir.Az bir zaman içərisində bütün məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına qayıdacaqlar.O torpaqlarda yenidən inkişafın şahidi olacağıq”.

 

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki