image-1618986868_yaqub-memmedovbackend

“Hələlik başqa yolumuz yoxdur. Hazırkı atəşkəs Rusiya rəhbərliyinin təşəbbüsü və vasitəçiliyi ilə əldə olunub”

image-reklam_sirab_01

“1990-cı illərdə Gəncədə iki diviziya var idi, onlardan birinin komandirinin bizə münasibəti yaxşı idi…  Ancaq o birisi tamamilə əks mövqedə idi…”

“O vaxt Azərbaycanda sülhməramlılar yox idi, amma Rusiya qoşunları hələ də Azərbaycanda idi. Rusiya Müdafiə Nazirliyinin 4-cü ordusu burada idi. Gəncədə iki diviziya, Qarabağda 366-cı alay var idi.  Həmin alay Xocalı soyqırımında ermənilərə dəstək vediyinə görə biz onun çıxarılmasını tələb etdik və buna nail olduq. Ancaq görünür, o alay Xankəndindən çıxanda silah-sursatlarının çoxunu ermənilərə qoyub getdiklərindən onlar sonradan Şuşanın, Laçının işğalında həmin silah-sursatdan istifadə etdilər…”

Bu fikirləri Moderator.az-ın  Hakimiyyətdə olduğunuz dövrdə Rusiya Müdafiə Nazirliyinin rəhbərləri, ordu komandanlığıyla da ünsiyyətdə olmusuz. Sizcə, hazırda sülhməramlı adı altında Qarabağ torpaqlarımızda yerləşən, amma təəssüf ki, öz rəsmi missiyalarından kənara çıxaraq suverenliyimizə təhdid yaradan müxtəlif işlərlə məşğul olan Rusiya hərbi kontingenti ilə necə rəftar etməliyik?” sualına cavab verərkən eks-spiker Yaqub Məmmədov söyləyib.

“Onu da deyim ki, həmin dövrdə ölkəmizdə olan Rusiya ordusunun komandanlığı və zabitləri arasında Azərbaycana rəğbəti olanlarla yanaşı, düşmən münasibətdə olanlar da vardı. Məsələn, Gəncədə iki diviziya var idi, onlardan birinin komandirinin bizə münasibəti yaxşı idi. Hətta sonradan -1992-ci ilin yayındakı uğurlu Ağdərə əməliyyatında bizim orduya güclü dəstək də vermişdi. Ancaq o birisi tamamilə əks mövqedə idi. Yəni, yəqin ki, hazırda Qarabağda olan Rusiya sülhməramlıları arasında da Azərbaycanı istəyən və istəməyənlər var. Bunları nəzərə almaq lazımdır…”

“Sözünüzdən belə çıxır ki, hələlik Rusiya ordusunun Qarabağdakı fəaliyyətinə səbir nümayiş etdirməliyik?” sualını isə keçmiş ölkə rəhbəri belə cavablandırıb:

“Hələlik başqa yolumuz yoxdur. Hazırkı atəşkəs Rusiya rəhbərliyinin təşəbbüsü və vasitəçiliyi ilə əldə olunub. İndi biz necə tələb edə bilərik ki, çıxın gedin. Razılaşmaya görə, yalnız 5 ildən sonra Rusiya hərbçilərinin Qarabağdan çıxması məsələsinə baxmaq olar. Gözləyək görək, bu 5 ildə hansı proseslər gedəcək. Əgər həmin müddətdə Qarabağda tam sabitlik yaransa, köçkün soydaşlarımız torpaqlarına köçsə və orada ermənilərlə normal dinc yanaşı yaşayışa başlasa, o halda sülhməramlıların çıxması məsələsini qoymaq olar…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki