image-qar-ucqunubackend

Hərbçimiz qar uçqununa düşərək həlak oldu

image-reklam_sirab_01

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Report-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki