image-indirbackend

HƏRBİ EKSPERT:”Azərbaycana qarşı ərazi iddialarında olanlar Türkiyə və Pakistanın da dəmir yumruğu ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar”

image-reklam_sirab_01

“Azərbaycan, Türkiyə, Pakistan birgə hərbi təlimlərinin rəsmi məqsədlərini Müdafiə Nazirliyi açıqlayıb, qeyri-rəsmi məqsədləri isə hər üç qardaş ölkənin xüsusi təyinatlı qüvvələri arasında qardaşlıq, dostluq münasibətlərini inkişaf etdirmək, onların döyüş əməliyyatları teatrında qarşılıqlı birgə fəaliyyətlərini təmin etməkdən ibarətdir”.

Bu fikirləri Veteninfo.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert xatırladıb ki, Azərbaycan-Türkiyə arasında daha əvvəl keçirilən təlimlər regional xarakter daşıyırdı və bu təlimlərdə çox vaxt biz Pakistanı da müşahidəçi qismində iştirakını görürdük: “Bu müşahidələr nəticəsində də yaxın gələcəkdə Pakistanın bu təlimlərə üçüncü bir tərəf kimi qatılacağını proqnozlaşdırırdıq”.
Ə.Verdiyev vurğulayıb ki, ilk dəfədir Azərbaycan, Türkiyə və Pakistan artıq beynəlxalq platformada keçirilən birgə təlimlərdə iştirak edirlər: “Bu cür əhəmiyyətli təlimlərin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Biz artıq Azərbaycanın Qarabağ müharibəsində düşmənə nümayiş etdirdiyi dəmir yumruğun universal və üç qardaşın birgə dəmir yumruğunu formalaşdırdığını görürük. Başqa sözlə desək, bundan sonra Azərbaycana, o cümlədən digər tərəfdaşlara qarşı ərazi iddiaları irəli sürən ölkələr tək bir ölkənin deyil, həm də digər iki ölkə ilə birləşmiş universl dəmir yumruğu ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki