image-image_750x_64c7475782568backend

Hərbi komissarlığı yandırmaq istəyən müəllim həbs edildi

image-reklam_sirab_01

Krımda hərbi komissarlığın binasına “Molotov kokteyli” atan rus dili və ədəbiyyatı müəllimi həbs edilib.

Dindirilmə zamanı qadın Telegram-da naməlum kuratordan hərbi komissarlığı yandırmaq əmri aldığını bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın Baza teleqram kanalı yazır.

Müvafiq olaraq, iyulun 29-da axşam saatlarında qadın çantasından “Molotov kokteyli” çıxararaq binaya tərəf atıb.
Kokteyl hədəfə çatmasa da, tökülən yanar qarışığından asfalt və qadının ayaqqabıları yanıb.
Şübhəli iki əsgərin də olduğu yoldan keçən turistlər tərəfindən tutulub. Şahidlərin sözlərinə görə, Molotov kokteyli atılan zaman qadın telefonla danışırdı.

O, tutulan zaman telefonla həmsöhbətinə həbsi barədə danışmağa müvəffəq olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki