SEPAH-ın dəstəklədiyi İraqın Həşd əş-Şəbi qruplaşmasının (Xalq Səfərbərlik Qüvvələri) rəsmisi Tehran Universiteti ilə qruplaşmanın əsgərlərini tələbə adı altında təhsil almaq üçün həmin təhsil ocağına göndərmək barədə razılaşma əldə etdiyini bildirib.
Tehran Universitetinin rektoru Seyid Məhəmməd Muqimi iyulun 9-da Həşdi Şəəbi-nin təhsil və təlim üzrə müavini Hüseyn Musəvi Bəxati və bir qrup iraqlı öyrənci ilə görüşdə deyib:
“Biz Həşdi-Şəəbi-nin müraciətini alqışlayırıq. Şəəbi qardaşları Tehran Universitetində təhsillərini davam etdirəcəklər. Biz qruplaşmadakı dostlarımıza digər əcnəbi öyrəncilərlə müqayisədə daha ciddi və elmi standartlar tətbiq edəcəyik. Çünki bizim bu qarşılıqlı elmi əlaqədə məqsədimiz nə pul qazanmaq, nə də elmi dərəcələr verməkdir. Əksinə, əsas məqsəd müsəlman mücahidlərinin bilik və təcrübə səviyyəsini yüksəltməkdir”.