image-putinbackend

“Hətta ən mürəkkəb situasiyalarda uzaqgörən qərarlar qəbul edən dövlət xadimi…”

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə 60 illiyi ilə bağlı təbrik məktubu göndərib.

Veteninfo.az xəbər verir ki,bu haqda Kremlin saytı bildirir.

Təbrik məktubunda deyilir: “Siz hətta ən mürəkkəb situasiyalarda uzaqgörən, ölçülüb-biçilmiş qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənləriniz arasında və beynəlxalq arenada nüfuza maliksiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilən uğurlara nail olub”.

Rusiya prezidenti daha sonra qeyd edib ki, Azərbaycan prezidenti ilə “yoldaşlıq münasibətlərini qiymətləndirir”. Putin İlham Əliyevlə birgə konstruktiv, məzmunlu dialoqa, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının sonrakı inkişafı, habelə regional təhlükəsizliyin və stabilliyin möhkəmləndirilməsi naminə sıx birgə işə hazır olduğunu da ifadə edir.

Təbrik məktubunda Putin İlham Əliyevə can sağlığı, rifah və yeni uğurlar arzu edir, habelə onun ailəsinə salamlarını çatdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki