image-hollandiyabackend

Hollandiya parlamentindən Azərbaycana qarşı ŞANTAJ QƏTNAMƏSİ

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, 15 dekabr 2010-cu il Şərq Tərəfdaşlığı Sammitindi  çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi gözlənilən görüş öncəsi  Hollandiya parlamenti həmişə olduğu kimi yenə də qərəzli və şantajçı qətnamələr qəbul etməyə başlayıb. Cənubi Qafqazda sülhün bərqarar  olmasına, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisdəyən BMT-nin qəbul etdiyi  4 qətnaməni öz gücünə 44 gün içərisində həyata keçirən Azərbaycana qarşı bu ölkənin sərgilədiyi mövqe,birbaşa şantajdan başqa birşedy ola bilməz.

Hollandiya parlamenti bu ölkədəki erməni lobbisinin diqtəsi ilə 44 günlük müharibə zamanı Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini gözardı edərək, Azərbaycanın Ermənistana qarşı hansısa təxribatlar törətməsini dilə gətirməsi göstərir ki, Avropa İttifaqının bəzi ölkələri hələ də xiristiyan  həmrəyliyi və qatı xiristiyanlıq abu-havası içərisində olmağı dövlət siyasətinə çevirməkdədirlər.

Bu ölkələrdən biri də məhz Hollandiyadır.Hollandiya parlamenti  noyabrın 23-də Azərbaycanla-Ermənistan arasındakı münaqişədə əsir götürülmüş ermənilərlə bağlı iki qətnamə qəbul edib.Qəbul edilən qətnamələrdən birində Hollandiya hökumətini Azərbaycanlı Ermənistan arasında münaqişə faktları üzrə müstəqil araşdırma aparmaq üçün Aİ ilə birgə işləməyə və nəticələri qısa müddət ərzində parlamentə təqdim etməyə çağırır. İkinci qətnamədə isə Azərbaycanda getdikcə dərinləşən insan haqları, azad söz və mətbuat azadlığının ciddi problemlərindən bəhs edilir. Qətnamədə bu günə kimi Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin problemi də öz əksini tapıb.

 

Parlament qəbul etdiyi qətnamədə əks olunanları nəzərə alaraq  Şərq Tərəfdaşlığı hökuməti ŞT çərçivəsində Aİ-Azərbaycan danışıqları zamanı yuxarıda qeyd olunan halları araşdırmağa çağırıb.

image-259702021_974030983467441_6058430565246088536_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki