Bir neçə gündür Xankəndində ermənilər arasında qarşıdurma yaşanır. Vətəninfo.az xəbər verir ki, erməni nəşri “Hraparak” qəzeti Xankəndində baş verənləri Rusiyanın yeni oyunu adlandırıb.
Qondarma rejimin sabiq “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayanın fəallaşmasıXankəndində qruplar arasında savaş getdiyini bir daha göstərir..
Erməni nəşri iddia edir ki, Samvel Babayanın fəallaşması Rusiyaya bağlı qrupların tapşırığıdır.
“Samvel Babayan nə Araik Aruthunyanı, nə Ruben Vardanyanı qəbul etmir. Onların açıq şəkildə istefasını istəyir. Maraqlıdır ki, ona dəstək verənlər əsasən Rusiyanın ərazidəki adamlarıdır. Bu qarşıdurmalar Qarabağda Azərbaycanın hakimiliyini surətləndirəcək”-nəşr yazır.