Türkiyə Rusiyadan üz döndərməyib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Hürriyet” hökumət dairələrindəki mənbələrə istinadən yazır.
“Türkiyənin Rusiyadan üz döndərib, tamamilə Qərbə üz tutması ilə bağlı fikirlər doğru deyil. Türkiyə beynəlxalq və regional güc olaraq tarazlıq siyasətini davam etdirəcək.
Bu kontekstdə Türkiyə Qərblə əlaqələri inkişaf etdirməyə davam edəcək”, – qəzet yazır.