Husilər Ər-Riyad hava limanına hücumlarını davam etdirir, ölən və yaralananlar var
Ər-Riyadın Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində bir Pakistan vətəndaşı həlak olub, 11 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi məlumat verib. Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası raketin hava limanının 4-cü terminalına düşdüyünü bildirmişdi. Yanğın baş vermiş və binaya ziyan dəymişdir. Aviasiya idarəsinin məlumatına görə, dəymiş ziyanın miqyası hələ də qiymətləndirilir.
Şənbə günü hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Digər şəhərlərdəki hava limanlarına da zərbələr endirilib.


























