Vətəninfo.az xəbər verir ki, “Protokol” nəşri iddia edir ki, Tatarısanın Alabuqa Politexnik Kollecinin yüzlərlə tələbəsi İranın “Şahid” pilotsuz uçan aparatlarını (PUA) yığmağa cəlb olunub.
Qeyd edək ki, əvvəlcə bu işə əsasən 15-17 yaşlı yeniyetmələr cəlb edilsə də, hazırda PUA istehsalı ilə bütün kursların tələbələri məşğul olur.
Nəşrin yazdığına görə, tələbələrə nə işlə məşğul olduqları barədə danışmaq qadağan edilib. Qaydanı pozanlari külli miqdarda cərimə gözləyir.