image-reklam-veteninfo
image-1backend

Rusiyada ayı terroru: Meşələrdə ölüm sayı 31-ə yüksəldi

image-reklam-veteninfo

Rusiyada yaz mövsümündən bəri qonur ayıların hücumları nəticəsində ölənlərin sayı 31-ə çatıb. Sonuncu qurban Tomsk vilayətində ov edən şəxs olub.

Vətəninfo.az “RİA Novosti” agentliyinə istinadən  xəbər verir ki, Tomsk vilayətinin tayqasında ayı hücumuna məruz qaldığı ehtimal edilən ovçunun meyiti aşkarlanıb.

Tolparovski kənd yaşayış məntəqəsinin administrasiyasının rəhbəri Lyudmila Qavrilova agentliyə açıqlamasında kişinin qalıqlarının üzərində ayı hücumunun izlərinin olduğunu bildirib.

Məlumata əsasən, bundan əvvəl Rusiyada ayı hücumları nəticəsində 30 nəfərin öldüyü qeydə alınmışdı. Ölüm hallarının bölgələr üzrə bölgüsü belədir:

Krasnoyarsk diyarı – 9 nəfər;

İrkutsk vilayəti – 7 nəfər;

Tomsk vilayəti – 4 nəfər;

Kamçatka diyarı – 3 nəfər;

Buryatiya – 2 nəfər;

Arxangelsk vilayəti – 1 nəfər;

Xabarovsk diyarı – 1 nəfər;

Voloqda vilayəti – 1 nəfər;

Tuva Respublikası – 1 nəfər;

Altay Respublikası – 1 nəfər.

Son hadisə ilə birlikdə Tomsk vilayətində ayı hücumlarının qurbanlarının sayı 5-ə yüksəlib.

Beləliklə, Rusiyada yazdan bəri qonur ayıların hücumları nəticəsində həyatını itirənlərin ümumi sayı 31 olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki