Böyük Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq həcmində maliyyə dəstəyi göstərəcək.
Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlayıb.
Zelenski bildirib ki, ayrılacaq vəsaitin 7 milyard funt sterlinqi növbəti üç il ərzində Ukraynanın iqtisadiyyatına dəstək məqsədilə, 3 milyard funt sterlinqi isə silahların alınması üçün nəzərdə tutulub.
Ukrayna Prezidenti Böyük Britaniyaya göstərdiyi dəstəyə görə təşəkkür edib və ölkənin bu istiqamətdəki liderliyini yüksək qiymətləndirib.
“Ölkəmizi gücləndirmək üçün atılan hər bir addım Rusiyanın bu müharibəyə son qoymasının zəruriliyini anlamasına bizi daha da yaxınlaşdırır”, – deyə Zelenski vurğulayıb.


























