image-reklam-veteninfo
image-1backend

Fransa parlamenti 2027-ci ilin büdcə layihəsini yekdilliklə rədd edib

image-reklam-veteninfo

Fransa Milli Assambleyası ölkənin 2027-ci il dövlət büdcəsi layihəsini birinci oxunuşda yekdilliklə rədd edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə parlamentin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, Milli Assambleya 2027-ci il Maliyyə Qanunu layihəsinin birinci hissəsini qəbul etməyib. Bununla da sənəd bütövlükdə birinci oxunuşda rədd edilmiş hesab olunub.

Məlumata görə, iclasda 460 deputat iştirak edib, onlardan 458-i səsverməyə qatılıb. Layihənin qəbul edilməsi üçün ən azı 230 səs tələb olunsa da, səsvermənin nəticələri fərqli olub.

Belə ki, büdcə layihəsinin lehinə heç bir deputat səs verməyib, 458 deputat isə sənədin əleyhinə çıxıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki