image-qazaqbackend

İğtişaşlar zamanı ölən və yaralılıarın sayı açıqlandı- Qazaxıstanda

image-reklam_sirab_01

Qazaxıstan Səhiyyə Nazirliyi iğtişaşlar qurbanlarının sayı barədə məlumat verib.

 

Veteninfo.az xəbər verir ki,  TASS agentliyi iğtişaşlar zamanı 1000 nəfərin xəsarət aldığını, onlardan 400-ə yaxınının xəstəxanalara yerləşdirildiyini bildirib.

 

Qazaxıstanda kütləvi etirazlar yanvarın 2-də başlayıb. Əvvəlcə Janaozen və Aktau şəhərlərinin sakinləri qazın bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Daha sonra etirazlar bütün ölkəyə yayılıb. Hakimiyyət qazın qiymətinə yenidən baxacaqlarını bəyan etsə də, ölkədə vəziyyət sabitləşməyib. Qazaxıstan prezidenti Kasım-Jomart Toka etirazlar kontekstində bildirib ki, o, hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəridir.

 

KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il 6 yanvar tarixli qərarına əsasən, Qazaxıstan Respublikasında vəziyyətin sabitləşdirilməsi və nizamlanması üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə ölkəyə göndərilib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki