image-erdogan-2041537_1-780x450backend

II turda seçkinin taleyini həll edəcək detal: Ərdoğan qalib gələcəkmi?

image-reklam_sirab_01

Türkiyədə seçkilərin iki nəticəsi böyük ölçüdə bəllidir:

– Parlament seçkilərini Ərdoğanın rəhbərlik etdiyi “Cümhur İttifaqı” qazandı;
– Prezident seçkilərində Ərdoğan Kılıçdaroğlunu 4 faiz səslə qabaqlasa da, 50 faizi keçə bilməməsi (yekun nəticə hələ bəlli deyil) yarışı II tura daşıyır;

Parlamenti uduzan Kılıçdaroğlunun rəhbərlik etdiyi “Millət İttifaqı”nın indi əsas prioriteti II turda qalib gəlməkdir. Hərçənd, iqtisadi çətinliyə, 21 illik iqtidar dövrünə, zəlzələnin ağır nəticələrinə baxmayaraq, Ərdoğanın 7 partiyanın birləşdiyi cəbhə qarşısında əldə etdiyi uğur Türkiyədə siyasi mənzərənin reallığını da ortaya qoydu.

II turda 5 faizdən çox səs toplamış Sinan Oğanın və namizədliyini geri götürən İncənin tərəfdarlarının səsləri həlledici olacaq.

Sinan Oğan dünən axşam verdiyi açıqlamada müəyyən işarələr verdi: FETÖ, PKK və Hizbullah terror təşkilatına qarşı mübarizə;

Və əlavə etdi ki, “terror təşkilatları və onun siyasi uzantılarının TBMM-nə daşınmasına qarşıyıq, bizimlə anlaşmaq istəyən terrorla, onun siyasi uzantıları ilə arasında məsafə qoymaq məcburiyyətindədir, bunu etməyən müzakirəyə gəlməsin”.

Burada hər iki cinaha ünvanlanan mesaj var:

– “Altılı masa”nın PKK-nın siyasi uzantısı olan HDP (hazırda Yaşıl Sol) ilə yaxınlığı bəllidir, o cümlədən, FETÖ ilə müəyyən bağlantılarına dair məlumatlar da var;
– “Cümhur İttifaqı”nda yer alan HÜDAPAR hazırda belə olmadığını, dəyişdiyini bəyan etsə də, Hizbullah ideologiyasına yaxınlığı ilə tanınır;

Sinan Oğan əslində hər iki cəbhəyə mesaj ünvanlamaqla II tur müzakirələrində əlini gücləndirmək niyyətindədir. Lakin hansı cinahın bu şərtləri qəbul etmək imkanının nə qədər olması da maraqlıdır.

“Millət İttifaqı” Sinan Oğanın 5 faizlik səsi qarşısında HDP seçicilərinin səsindən imtina etməyəcək. Bununla yanaşı, Oğanın “türklüyün konstitusiyadan çıxarılması”na qarşı olması da “Millət İttifaqı”ndakı yanaşmalarla zidiyyət təşkil edir.

“Cümhur İttifaqı” Oğanın dəstəyini almaq istəyərsə, HÜDAPAR məsələsi daha asan həll oluna biləcək kimi görünür: bu partiya zamanında dəstəklədiyi ideologiyanı dəyişdiyini elan edib, o cümlədən, HDP kimi terrora praktiki olaraq yaxın deyil; qeyri-rəsmi məlumatlara görə, 4 deputat yeri qazanıb və lazım olarsa “vaz keçilməsi mümkün” kartdır;

Sinan Oğanın millətçidir, “Cümhur İttifaqı”nda yer alan MHP ilə qarşıdurmada olsa belə, özünün bəyan etdiyi kimi, “Türkiyənin böhrana düşməməsi üçün” anlaşa bilər.

Lakin bütün bunların fonunda məsələnin riyazi tərəfi də var: qeyri-rəsmi nəticələrə görə Ərdoğan 49,42, Kılıçdaroğlu 44,95, Oğan 5,20 faiz səs alıb;

Rəsmi nəticələr belə olarsa, Oğan “Millət İttifaqı” ilə anlaşacağı təqdirdə 50+ barajını aşa və Kılıçdaroğlu prezident seçilə bilər. Hərçənd, səslərin tam sayıldıqdan sonra Kılıçdaroğlu və Oğanın səslərinin müəyyən qədər düşəcəyi – hər ikisinin ümumi nəticələrinin 50+ olmayacağı ehtimalı da var. Və Ərdoğan da 50+ faizini keçə bilməsə belə, Sinan Oğanın hansı tərəfi seçməsində bu məsələ də rol oynaya bilər. Böyük ehtimalla, Oğan 50+ barajını aşa biləcək tərəflə anlaşmaya gedəcək.

II turda namizədliyini FETÖ şantajına görə geri çəkdiyini deyən İncənin tərəfdarlarının da az da olsa nəticəyə təsir etmək imkanı qalır.

Və bu mənzərədə parlament seçkisini qazanan Ərdoğanın II turda isədiyinə nai olacağı görünür.(Publika)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki