Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin 8 may tarixində Bakıda rəsmi görüşü keçirilib. Görüş həm təkbətək, həm də geniş tərkibdə təşkil olunub. Daha sonra hər iki ölkənin prezidentləri mərbuata bəyanatla çıxış ediblər.
Azərbaycan hər zaman qonşu və regiondan kənar yerləşən ölkələrlə sıx siyasi-iqtisadi əlaqələrin fəal iştirakçısı olmuşdur. Bolqarıstan dövləti ilə də təşkil olunmuş əlaqələr də bunun nümunəsidir.Bu görüşdə əsas məqsəd mövcud olan strateji tərəfdaşlığın daha da gücləndirilməsidir. Bu tərəfdaşlığın təməli 2015-ci ildə qoyulmuşdur. Bu müddət ərzində bir çox mühüm layihələrin təşkilində birgə fəaliyyət göstərilib. Bu gün isə bu illər ərzində olan əlaqələrin ən yüksək səviyyəsi baş tutub.
Bildiyimiz kimi Prezidentlər ötən il bir neçə dəfə mühüm layihələrin açılışında birgə iştirak ediblər. Eləcə də onlar Bolqarıstan-Serbiya sərhədində qaz interkonnektorunun açılışında iştirak ediblər. Bu çox önəmli layihələrdən biri idi. Enerji sektorundakı əməkdaşlıq, ümumiyyətlə, iki ölkə arasındakı ticarət dövriyyəsinin artımında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin mətbuata çıxışında da dediyi kimi: “Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir”. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir. Və bu gün bu görüş hər sahədə tərəfdaşlığın daha inkişafına yönəlmiş addımdır.
Hazırda Azərbaycan baş verən hadisələrə baxmayaraq, Avropaya qaz ixracında mühüm rol oynayır. Təbii ki, bu da Avropanın qaza olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bu ölkəmiz üçün mühüm olduğu kimi Avropa üçün də fayda verəcək tərəfdaşlıqdır. Bu tərəfdaşlıq ildən-ilə artan sürətlə davam edir. Prezidentin də bildirdiyi kimi, bu gün Bolqarıstan vasitəsilə müxtəlif ölkələrə qaz ixracının həyata keçirilməsi davam edir, bu da Bolqarıstanın mühüm tranzit ölkəsinə çevrilməsində mühüm rol oynayır.
Prezidentlər mətbuata bəyanatla çıxışları zamanı yaşıl enerji kabeli layihəsi haqqında da məlumat vermişlər. Prezident İlham Əliyev: “Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm”.
Məlum olduğu kimi ölkəmizdə keçiriləcək COP29 konfransı zamanı əsas diqqət yaşıl enerji layihəsinə yönəlmişdir. Hazırda bu layihə ilə bağlı mühüm müzakirələr, tədqiqatlar aparılır və əsas məsələ qlobal səviyyədə bu layihənin reallaşdırılmasını təmin etməkdir. Bu səbəbdən də, bu konfransın təşkili mühüm töhfə verəcəkdir.
Yaşıl enerji layihəsi qədər mühüm olan digər bir məsələ nəqliyyat sahəsidir. Burada Şərq-Qərb istiqamətində olan daşınacaq yüklərin daha təhlükəsiz və daha böyük həcmdə yüklərin daşınmasını təmin etməkdir. Bu da təbii ki, hər bir ölkəyə iqtisadi baxımdan mühüm töhfə verəcəkdir. Eyni zamanda Prezident İlham Əliyevin də məlumat verdiyi Bakı-Tibilisi-Qars dəmir yol xəttinin modernləşdirilməsidir. Bu da Orta Dəhlizin mühüm seqmenti kimi mühüm rol oynayacaqdır.
Beləliklə, Azərbaycan və Bolqarıstan arasında tərəfdaşlığın əlaməti olaraq bir sıra sahələrdə mühüm sənədlər imzalandı. Bu sənədlərdən ən mühümü “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” və texnoloji, neft və hava nəqliyyatı sahəsində mühüm əməkdaşlıqların həyata keçirilməsi haqqında imzalanan sənədlər reallaşdırılması əhəmiyyət kəsb edən layihələrdir.
Təbii ki, bəyanat zamanı imzalanan sənədlər, müzakirə edilən mövzular, prezidentlərin çıxışları iki ölkə arasında strateji əməkdaşlığın güclənməsi və iki ölkənin bir-birinə olan etimadın, güvənin göstəricisidir.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru