image-reklam-veteninfo
image-9backend

İki PKK terrorçusu məhv edildi

image-reklam-veteninfo

Türkiyənin Şırnak şəhərinin Beytüşşebap qəsəbəsi ərazisində separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.

Paylaşımda Şırnak Şəhər Jandarma Komandanlığı tərəfindən Beytüşşebap qəsəbəsi ərazisində əməliyyat keçirildiyini bildirib.

Əməliyyat nəticəsində 2 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.

Əli Yerlikaya paylaşımında həmçinin bu ifadələrə yer verib:

“Qəhrəman jandarm qüvvələrimizi təbrik edirəm. Terror bitənə qədər mübarizəmiz davam edəcək”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki