image-ilham-pasinyanbackend

İlham Əliyev: Minsk Qrupu həmsədrləri vasitəsi ilə Paşinyanla görüş mümkündür

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki.bu haqda  Azərbaycan Prezidenti İlham Əliyev France24 -ə müsahibəsində bildirib ki, ATƏT -in Minsk qrupunun vasitəçiləri (Fransa, ABŞ və Rusiya) Ermənistanın baş naziri Nikol Paşinyanla görüşsələr, heç bir etirazı olmayacaq.

Prezident İlham Əliyev France24 -ə müsahibəsində Paşinyanla mümkün görüş barədə bunları deyib:

“Azərbaycan heç vaxt ən yüksək səviyyədə təmaslardan imtina etməyib. Əksinə, bu ünsiyyətin hər iki tərəfin bir çox suallarını cavablandırmağa kömək edəcəyini və eyni zamanda bölgənin inkişafı üçün bir başlanğıc nöqtəsi olacağını düşünürük. Bizim mövqeyimiz belədir – keçmişə qayıdış olmamalı, Ermənistan tərəfdən heç bir revanşizm əlaməti olmamalı, sülhdən və bölgəmizi necə sabit etməkdən danışmalıyıq.”.

France24 jurnalistiin Paşinyana zəng vurub bunu deməyə hazırsınızmı? sualına cavabında isə Azərbaycan prezidnetinin cavabı belə olub:

“Bəlkə də təklif etdiyiniz kimi deyil. Adətən aramızdakı təmasları ATƏT -in Minsk qrupu təşkil edirdi, gündəm təklif edirdilər. Prezident olduğum müddət ərzində Ermənistan rəhbərlərindən heç biri ilə telefon danışığım olmayıb. Ancaq həmsədrlərdən görüşmək təklifi olsa, biz buna etiraz etmərik”.

Prezident İlham Əliyevin müsahibəsinin ingilis dilində burdan izləyə bilərsiniz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki