image-4qs9gi95z7_01backend

İlham Əliyev və Paşinyan arasında görüş olacaq

image-reklam_sirab_01

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Vətəninfo.az xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

N.Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”.

Baş nazir həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki