image-unnamedbackend

İlqar Altay: “Xanlar Vəliyev “Tərtər işində”ki işgəncə faktları barədə media sualndan yayınıb”

image-reklam_sirab_01

“Hərbi Prokuror Xanlar Vəliyevin “Tərtər işində”ki işgəncə faktları barədə media sualndan yayınıb, bunu bir, qeyri-ciddi nağıl adlandırması, yaraşan hal deyil, tutduğu ciddi vəzifəyə”.

Veteninfo.az xəbər verir ki,bu fikirləri ekspert İlqar Altay bildirib. Ekspert vurğulayıb ki,əvvəla hər şeyi bir kənara qoyub, həmin işlə bağlı məhkəmənin sübuta yetirdiyi, şübhəli və təqsirləndirilən xeyli hərbçilər üzərində aparılmış, istintaq-əməliyyat tədbirlərində hətta, ölümlə nəticələnən işgəncə faktlarını götürsək, məhkəməyə hörmətsizlikdir, bu saymaz “nağıl” ifadəsi, açıqlaması:

“Xüsusən də, hərbi prokurorun bu istintaqı aparma, təşkili və nəzarətinə birbaş məsuliyyət daşıdığı halda!

Həm də ki, bu ümumən, qeyri-prosessual halda aparılmış istintaqın nəticəsində, günahslz ölən hərbçilərin ruhuna, onların doğmalarına, media və ictimaiyyətə, tutduğu vəzifəyə, dövlətçilik və ona dövlətin göstərdiyi etimada hörmətsizlikdir mənim fikrimcə. Belə həddə arxayınçılıq olmaz. Xanlar Vəliyevi 1988-89-cu illər dövrü, Gəncədə ışlədiyim vaxtdan şəxsən tanıyb bilirəm. Gəncə Şəhər Prokuroru Fətəliyevin köməkçi işləyirdi və bir neçə birgə kriminal araşdırma işlərimiz olub. Çox söz demək istəmirəm, amma o yaxşı olardı ki, cənab Vəliyev bu məsələyə tamam aidiyyətli, məsul şəxs kimi bir mətbuat konfransı keçirsin, media və cəmiyyəti maraqlandıran bəzi sualları cavablandırıb, izahlandlrsın, bu ciddi məsələ ilə bağlı dövlətə yönələn fikirlərə irəli çıxıb aydınlıq gətirsin. Hər şəxs sahəsinə cavabdeh olmalıdır, o cümlədən bu işlə vəzifə aidiyyətli Nəcməddin Sadıkov, Hikmət Həsənov və sair başqa şəxslər xalq, dövlət və həm dövlət rəhbərliyi qarşısında”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki