Pakistanın keçmiş Baş naziri İmran Xan beş il müddətinə siyasətdən kənarlaşdırılıb.
Məlumata görə, dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.
Vətəninfo.az xəbər verir ki, sözügedən cinayət işi çərçivəsində 3 il həbs cəzası alan və həbs edilən keçmiş baş nazir İmran Xana 5 il siyasi qadağa qoyulub.
Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.
Xatırladaq ki, Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.


























