image-irakli_qaribasvilibackend

İrakli Qaribaşvili- Qarabağ müharibəsi region üçün çətin bir sınaq idi

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili iki günlük Gürcüstana rəsmi səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı keçirib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili keçirilən mətbuat konfransında bildirib ki, Ermənistanın siyasi və iqtisadi sabitliyi Gürcüstanın və bütövlükdə regionun sabitliyi ilə birbaşa bağlıdır. “Ermənistanda keçirilən seçkilərin nəticələri , erməni xalqının rifahı, Ermənistan və erməni xalqı üçün yeni bir dövrə başlamaq üçün yaxşı bir fürsətdir”-deyən Qaribaşvili əlavə edib ki, Qarabağ müharibəsi region üçün çətin bir sınaq idi:
“Ancaq indi baş nazirin yeni vizyonu ilə tanış olduqdan sonra inanıram ki, Paşinyanın yeni çağırışları Ermənistana və erməni xalqına firavanlıq gətirəcək, yeni bir fürsətə çevriləcək.Ermənistanın həm siyasi, həm də iqtisadi sabitliyi Gürcüstanın və bütövlükdə bölgənin sabitliyi üçün böyük əhəmiyyət kəsb edir “.Gürcü baş nazir ümumi regional hədəfi üç sözlə təsvir edəcəyini əlavə etdi: “ Bölgənin hər üç ölkəsini birləşdirən sülh, sabitlik və firavanlıq”. İrakli Qaribaşvili bildirib ki, iyunun əvvəlində Azərbaycan Qarabağ münaqişəsi zamanı saxlanılan, Ermənistan vətəndaşını olan15 məhkumu azad etdi. Bu, onun fəal vasitəçiliyi ilə baş verdi və erməni tərəfi də buna cavab olaraq Gürcüstanın baş naziri vasitəsi ilə vacib materialları Azərbaycana təhvil verib: “Bu uğurlu presedent bizə nikbinlik üçün əsas verir Gürcüstanın etimadı bərpa etmək üçün fəal vasitəçilik rolunu davam etdirməyə tam hazır olduğunu bir daha təsdiq vurğulamaq istərdim. Güvən, bu çox vacibdir və gələcək əməkdaşılığımızın əsas təməlidir”.
Mətbuat konfransında Nikol Paşinyan 15 erməni əsirin geri qaytarılmasında dəstəyə görə gürcü həmkarına bir daha təşəkkür edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki