Vətəninfo.az “Anadolu” agentliyinə istinadən verdiyi məlumatına görə, İran Beynəlxalq Maliyyə Təşkilatının (FATF) qara siyahısında olmasına görə 190 ölkədən geri qalıb.
İranın Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü və ölkənin Sistem Təhlili Fondunun üzvü Seyid Məhəmməd Sədr, İranın FATF-ın qara siyahısında olmasının siyasi və iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq edib:
“Hökumət xarici siyasətə üstünlük verməlidir, dəyişiklik etməlidir. Əks halda, İranın iqtisadiyyatına daha da ağır zərbələr dəyəcək və bu da qarşısı alınmaz problemlərə yol açacaq”.
Qeyd edək ki, o, hətta Çinin bu barədə İrana məsləhət verməsini də qeyd edib və bildirib ki, Çin yaxın müddətdə İranın bu qara siyahıdan çıxması üçün sözügedən təşkilatla mühüm danışıqlar aparmalıdır.


























