image-reklam-veteninfo
image-image_750x_64832ccccccdabackend

İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını niyə istəmir?- DETALLAR

image-reklam-veteninfo

Rəsmi Tehran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmir. Vətəninfo.az xəbər verir ki, bunu   İran-Erməni Mədəniyyət Mərkəzinin rəhbəri, Qafqaz məsələləri üzrə iranlı ekspert Məhəmməd Rza Dəməvəndi İSNA-ya müsahibəsində  bildirib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının mümkünlüyündən danışarkən qeyd edib ki, münasibətlər normallaşacağı təqdirdə, ölkələr arasında, eləcə də Ermənistanla Türkiyə arasında sərhədlər açılacaq və Ermənistan İran orbitindən tamamilə çıxacaq,  bu da İran üçün iqtisadi və bir sıra digər ciddi narahatlıqlara səbəb olacaq .

İranlı ekspert iddia edib ki, sülh müqaviləsi bağlansa Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi güclənəcək. Ekspert bildirib ki, bu da rəsmi Tehrana sərf etmir.

İranın bu prosesdə maraqlı olmasını şərh edən iranlı ekspert vurğulayıb.
“Bu hadisələr uzunmüddətli perspektivdə İranın maraqlarını təmin etmir və hətta onlara ziyan vurur.”.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki