image-taliban-iranbackend

İran Əfqanıstanda Talibana dəstək verir 

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Taliban ABŞ əsgərlərinin geri çəkilməsi nəticəsində yaranan boşluğa qədəm qoyduqca, gözlər şiə Tehrana və radikal sünni qrupla əlaqələrinə çevrilir.2001 -ci ildə 2.977 adamın öldüyü və 6000 -dən çox insanın yaralanmasına səbəb olan 11 sentyabr terror hücumlarından sonra ABŞ -nın Əfqanıstanı və Yaxın Şərqlə bağlı siyasətini dəyişməsinə səbəb oldu.ABŞ Əfqanıstan müttəfiqləri ilə birgə ordu yeritdi və Taliban qruplaşmasını  ölkənin böyük völçüdə hissəsindən təmizləyə bildi.Amma 20 il sonra  ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın başladığı Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını tamamladı. Lakin bu addım Əfqanıstan hökumətini taliblərə qarşı aciz bir vəziyyətdə qoydu.Taliban qüvvələri ölkə daxilində yürüdükcə bir -birinin ardınca böyük şəhərləri ələ keçirməkdədir. görünür ki, sərt islamçı qrupun Şəriət qanunlarının bərpası “əgər” yox, “nə vaxt” məsələsidir. Cümə günündən bu yana Əfqanıstanda ərazilərin böyük bir hissəsinə Taliban nəzarət edir və bu ölkənin yenidən Əl-Qaidə kimi beynəlxalq terrorçu qruplar üçün münbit zona çevrilməsi şübhə doğurmur.Əfqanıstan hökumətinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, mövcud əfqan hökuməti müəyyən bir mərhələdə Amerikanın geri çəkilməsini gözləyirdilər: “ Əfqanıstandakı müharibənin hərbi yolla həlli yoxdur.Amma biz və Əfqanıstan vətəndaşları, ABŞ-nın  Talibanla müqavilə imzalandıqdan sonra ölkədən ayrılacağını düşünürdük”. Rəsmi şəxs onu da vurğulayıb ki,belə bir müqavilə yalnız beynəlxalq konsensus çərçivəsində olmalıdır.Əks təqdirdə İran kimi beynəlxalq oyunçular Talibanı dəstəkləməklə mənfi rol oynayacaqlar. Əfqan hökumətinin rəsmisi bu fikirləri havadan səsləndirmədiyini,İranın Talibanla sarmaş-dolaş içərisində olduğunu əsaslandırıb: “ davanlı olaraq İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli “Tasnim” xəbər agentliyi taliblərin informasiya şəbəkəsinə çevrilib. Ali Rəhbər Əli Xamneyinin fikirlərini əks etdirən “Kayhan” qəzeti, Taliban üsyançılarının törətdikləri dəhşətli hərəkətləri  müdafiə edən məqalələrə yer verir,İranlı millət vəkili Əhməd Naderi, Talibanı bölgədəki “nəcib hərəkat” olaraq adlandırır və onunla əməkdaşlığın ola biləcəyini söyləyir”.  “İran Əfqanıstanda şübhəli rol oynayır”- deyən Kabil rəsmisi  əlavə edib ki,rəsmi olaraq İranın bizimlə normal münasibətləri var. Digər tərəfdən, onlar həm də Talibanla təmasda olurlar. Məsələn, Məşhəddə Taliban ofisinin açılması ilə bağlı xəbərlər alırıq və İranlılar onlara silah da veriblər”.

Fərid

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki