image-image_750x_64bd718b100bebackend

İran hərbi təlimlərə başladı

image-reklam_sirab_01

Vətəninfo.az İRNA- ya istinadən xəbər verir ki, İran Hərbi Hava Qüvvələri İsfahanda hərbi təlimlər keçirir.

Qeyd olunub ki, İran Hərbi Hava Qüvvələrinin 11-ci təliminin əsas mərhələsi bu gün axşam saatlarında başlayacaq.

Təlimlərdə 92 növ qırıcı, bombardmançı və pilotsuz təyyarə iştirak edəcək.

Təlimlər zamanı hava və yer hədəflərinin kəşfiyyatı və məhv edilməsi həyata keçiriləcək.

Eyni zamanda təlimlərdə İsfahandan başqa Tehran, Təbriz, Şiraz, Bəndər Abbas, Məşhəd və Dezfulun hərbi hava qüvvələrinin bölmələri də iştirak edəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki